Advertisement

ABŞ HAMAS liderinin öldürülməsindən sonra bölgədə gərginliyi azaltmağa çalışacaq

Vaşinqton İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcək.

APA xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

O, eyni zamanda ölkəsinin İranda HAMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə gərginliyi azaltmağa çalışacağını vurğulayıb.

Ostin, Filippində keçirdiyi mətbuat konfransında, Yaxın Şərqdə daha genişmiqyaslı müharibənin qaçılmaz olmadığını söyləyib.