Advertisement

ABŞ səfirliyi Azərbaycanın 3×3 basketbol komandasını qələbə münasibətilə təbrik edib

ABŞ səfirliyi Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol komandasını qələbə münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Azərbaycanın Qadınlardan ibarət 3×3 basketbol komandasını təbrik edirik! Dünən gecə bizi məğlub etməyi bacardınız, lakin ümidimiz 1/4 finalda cavab görüşünədir”, paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi iyulun 31-də Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib, yığma II turda ABŞ ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 20:17 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan komandası III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq.