Advertisement

İsraildə bıçaqlı hücum olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

İsraildə bıçaqlı hücum qeydə alınıb.

APA-nın “The Times of İsrael”-ə istinadən verdiyi xəbərə görə, hadisə Holonda qeydə alınıb.

Hadisə zamanı 4 nəfər bıçaqlanıb, onlardan 70 yaşlı qadın hadisə yerində ölüb. İnsanlara bıçaqla hücum edən şəxs İsrail təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

Qeyd edilib ki, terror aktını törədən İordan çayının qərbindəki Salfit şəhər sakini 34 yaşlı Amar Odex olub.