Advertisement

Banqladeşdə fövqəladə vəziyyət elan olunub

Banqladeşdə fövqəladə vəziyyət elan olunub.

APA-nın xəbərinə görə, bu barədə “Banglanews24” məlumat yayıb.

Etiraz aksiyaları ilə əlaqədar Banqladeş hökuməti saat 18:00-da komendant saatı elan edib və interneti kəsib.

Qeyd edək ki, indiyə qədər etiraz aksiyalarında 32 nəfər ölüb, çoxlu sayda yaralı var. Etirazlara səbəb dövlət qurumlarında vəzifələrin 30 faizinin 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda müharibənin veteranlarının qohumlarına verilməsinə dair aşağı instansiya məhkəməsinin qərarı olub. Banqladeş Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, bu kvota 7 faizə endirilib.