Advertisement

Paris-2024: Mariya Stadnik 1/4 finalda məğlub olub

Paris Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Mariya Stadnik 1/4 final matçına çıxıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz monqolustanlı idmançı Dolgorjavyn Otgonjargal ilə qarşılaşıb.

Mariya son xal prinsipinə görə, monqolustanlı rəqibinə məğlub olub: 4:4.

***

14:38

Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycanın qadın güləşində yeganə təmsilçisi Mariya Stadnik mübarizəyə qoşulub.

50 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 finalda almaniyalı idmançı Anastasiya Blayvasla üz-üzə gəlib.

Mariya rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.