Advertisement

Vens Harrisin vitse-prezidentliyə namizədini tənqid edib

Respublikaçı senator və ABŞ-ın keçmiş prezidenti Donald Trampın müttəfiqi J.D.Vens ABŞ-ın vitse-prezidenti Kamala Harris və onun vitse-prezidentliyə namizədi kimi seçdiyi Minnesota qubernatoru Tim Valzı maraqlı komanda adlandırıb.

APA xəbər verir ki, bu barədə avqustun 6-da Fox News məlumat yayıb.

“2020-ci ilin yayında baş verən iğtişaşları xatırlasaq, iğtişaşçılara Minneapolisi yandırmağa icazə verən Tim Valz olub”, – deyən Vens Corc Floydun ölümündən sonra Minnesotada başlayan hadisələri xatırladıb.

“Əvvəllər Tim Valzın namizədliyinə reaksiya verməməyimin səbəbi, demokratların hər an onu başqası ilə əvəzləyib bizi təəccübləndirməyə hazır olduqlarını göstərmələri idi” deyə Vens bildirib.