Advertisement

Deputatlığa namizədliyi qeydə alınanların 305-i 25 siyasi partiyanın nümayəndəsidir

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə siyasi partiyaların qeydə alınan namizədlərinin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

25 siyasi partiyadan 459 nəfərin namizədliyi verib, onlardan 305-i qeydə alınıb.

İndiyədək ümumilikdə 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.