Advertisement

Çilinin cənubunda təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub

Çilinin cənubunda kiçik təyyarənin qəzaya uğraması nəticəsində pilot və 6 sərnişin həlak olub.

APA xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya idarəsi məlumat yayıb.

“Yerli vaxtla saat 15:00-da Villa Cerro Castillo kəndi yaxınlığında qəzaya uğrayan və göyərtəsində pilot və 6 sərnişin olan təyyarədən sağ olaraq xilas olan olmayıb.”, – deyə idarənin məlumatında bildirilir.

Məlmata görə hadisə zamanı bölgədə əlverişsiz hava şəraiti olub.