
İranla İsrail arasında baş verə biləcək açıq qarşıdurma bütün bölgə üçün böyük təhlükədir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Güler “Habertürk”ə müsahibəsində deyib.
O, tərəfləri daha məntiqli addımlar atmağa, gərginliyi azaltmağa çağırıb.
























