Advertisement

Tramp və Harris oktyabrda ikinci teledebat keçirmək barədə razılığa gəliblər

ABŞ-nin Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp oktyabrda teledebatların ikinci raundunun keçirilməsi ilə bağlı razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə vitse-Prezident Harrisin kampaniyasının kommunikasiya direktoru Maykl Taylerin yazılı açıqlamasında bildirilib.

“Donald Trampın kampaniyası üç debat keçirmək təklifimizi qəbul etdi – iki raund prezidentliyə namizədlərlə, biri isə vitse-prezidentliyə namizədlərlə”, – Tayle qeyd edib.