Advertisement

Gəncə Filarmoniyasında “Universun” adlı konsert olacaq

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış pianoçu və Beynəlxalq müsabiqələr laureatları Daniil Kirillov və Anna Rasinanın təqdimatında “Universum” adlı konsert proqramı baş tutacaq.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, ilk dəfə Gəncədə baş tutacaq konsertdə gənc musiqiçilər V.A.Motsart, İ.S.Bax, L.V.Bethoven, P.Maskanyi, F.Mendelson, S.Raxmaninovun əsərlərini ifa edəcəklər.

Konsert proqramı 19 sentyabr saat 19:00-da keçiriləcək.