
ABŞ Müdafiə Nazirliyi bir neçə şirkətlə ABŞ-ın bütün hərbi hava qüvvələri bazalarının infrastrukturunun modernləşdirilməsi üçün müqavilə imzalayıb.
APA xəbər verir ki, bu barədə Pentaqonun cümə günü yaydığı məlumatda deyilir.
Sənəddə izah edildiyi kimi, müqavilə ABŞ Hərbi Hava Qüvvələrinin dünya üzrə bazalarının şəbəkə infrastrukturunun modernləşdirilməsi, istismarı və saxlanılması üçün ixtisaslı resursların cəlb edilməsini nəzərdə tutur.
Müqavilənin ümumi məbləği 12,5 milyard dollar təşkil edib.
Nazirlik müqavilə üzrə bütün işlərin 2034-cü ilin avqustunda başa çatdırılmasını nəzərdə tutur.





























