
ABŞ-də 17 il əvvəl qəzaya uğrayan kiçik təyyarənin qalıqları və içərisində olan iki sərnişindən birinin qalıqları tapılıb.
APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Materialda deyildiyi kimi, 2007-ci ilin avqustunda 56 yaşlı Bruk Stauffer Makkinak adasından Miçiqan şəhərinin birinə uçub. Təyyarə Huron gölünə düşən zaman onu Staufferin nişanlısı Karen Dodds idarə edib.
Qəzadan iki ay sonra xilasedicilər gölün dibində 52 yaşlı qadının qalıqlarını tapıb. Həmin vaxt təyyarə və Staufferin cəsədi tapılmayıb.
2023-cü ildə kişinin ailəsi kömək üçün xüsusi axtarış qrupuna müraciət edib. Bir il sonra onun üzvləri Huronda yerləşən Bois Blank adası yaxınlığında itmiş təyyarənin qalıqlarına rast gəliblər.





























