
“Tesla”nın qurucusu İlon Mask hesab edir ki, Braziliya Ali Məhkəməsinin hakimi Aleksandre de Morais “X“ platformasının ölkədəki fəaliyyətini dayandırmaqla söz azadlığını məhv edir.
APA xəbər verir ki, amerikalı sahibkar bu barədə “X” səhifəsində yazıb.
“Söz azadlığı demokratiyanın əsasıdır”, – Mask vurğulayıb.





























