Advertisement

Ukraynanı HHM sistemləri ilə təmin etmək ABŞ üçün prioritetdir

Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi ABŞ üçün prioritetdir.

APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Rayder əlavə edib ki, Birləşmiş Ştatların hazırkı siyasəti Ukrayna Silahlı Qüvvələrinin həm təcili, həm də uzunmüddətli ehtiyaclarını ödəməyə yönəlib.