Advertisement

Azərbaycan şirkətləri İraqda nəqliyyat layihələrində iştirak edə bilər

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İraqın ticarət naziri Atir Əl-Qurayr ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq çərçivəsində maraq doğuran məsələlər müzakirə olunub.

Həmçinin İraqda nəqliyyat və yol infrastrukturu üzrə həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı nəzərdən keçirilib.