Advertisement

İranda kömür mədənində partlayışda 52 nəfər ölüb

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında ölənlərin sayı 52 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə İran mediası məlumat yayıb.

***

saat 13.43

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında ən azı 51 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.

Qeyd edilib ki, 17 nəfər yaralanıb.

***

saat 09.52

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.

Onun sözlərinə görə, 22 nəfərin axtarışları hələ də davam edir.

Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.

Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

***

saat 09.50

İranın Cənubi Xorason ostanında kömür mədənində partlayış olub, 19 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Hadisə şənbə günü yerli vaxtla saat 21.00-da Təbas şəhərində mədənlərdən birində baş verib.

Hazırda xilasetmə əməliyyatı aparılır.