Advertisement

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin növbəti görüşü keçiriləcək

Oktyabr ayında Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında növbəti görüş keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons bildirib.

Qeyd edilib ki, görüşdə regionda sülh səyləri müzakirə olunacaq.

Tomas Fitzsimons deyib ki, Parlamentlərarası İttifaqın 149-cu Assambleyası 13-17 oktyabr tarixlərində keçiriləcək. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin dəqiq görüş tarixi hələ məlum deyil.

Ermənistan parlamentinin mətbuat katibi Movses Arutyunyan da məlumatı təsdiqləyib.