
İraqdakə “İslami Müqavimət Hərəkatı” qruplaşması İsrailin Qırmızı dəniz sahilində yerləşən Eylat şəhərinin cənubuna PUA-larla zərbə endirib.
APA xəbər verir ki, bu barədə qrupun “Telegram” kanalında dərc olunan bəyanatda deyilir.
“İşğala qarşı müqavimət yolunu davam etdirərək, Fələstində və Livanda xalqımızın dəstəyi, həmçinin qəsbkar qurumun mülki əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törətdiyi qırğınlara cavab olaraq, İraqdakı İslam Müqavimətinin döyüşçüləri bu gün işğal altındakı ərazilərimizdəki Umm ər-Rəşraşda (İsrailin Eylat şəhəri) mühüm hədəfə PUA-larla hücum ediblər”, – deyə bəyanatda bildirilir.
Hərəkat həmçinin İsraildəki mühüm obyektlərin məhv edilməsi əməliyyatlarının artan templə davam etdiyini bildirib.
























