Advertisement

Şeyx Həsən Nəsrullahın meyiti dağıntılar altından çıxarılıb

Hizbullah lideri Şeyx Həsən Nəsrullahın meyiti dağıntılar altından çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, Hizbullah lideri İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi zərbə nəticəsində ölüb.