
Bakı. Trend:
2024-cü il martın 29-na Mərkəzi Bankın valyuta ehtiyatları
11,654 milyon ABŞ dolları olub.
Trend bu
barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bankın məlumatları əsasında hesablamalara görə, bu, öncəki ayın
göstəricisindən 0,04 faiz və ya 4,1 milyon dollar, 2023-cü ilin
analoji dövrünün göstəricisindən isə 27,61 faiz çoxdur.
Bankın məlumatlarına görə, 2023-cü il martın 31-na Mərkəzi
Bankın valyuta ehtiyatları 9,133 milyard dollar, 2023-cü il
fevralın 29-na isə 11,65 milyard dollar olub.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatlarına əsasən, Azərbaycanın
valyuta ehtiyatları 17 faiz artıb və 2023-cü ilin yekunlarına görə
68,5 milyard ABŞ dolları olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)

























