Advertisement

Paşinyan Ermənistanın bu ay Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bildirib

Oktyabr ayı ərzində Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən toplantısında deyib.

O, bu qərarın ölkəsinin rəsmi mövqeyi olduğunu da sözlərinə əlavə edib.