Advertisement

İsrailin Qəzzanın şimalına endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub

İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində yaralananlar olub, lakin onların sayı açıqlanmayıb.