Advertisement

İqlim dəyişikliyinin yaratdığı planetar problemlərin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik

“Tuvalu dövləti olaraq iqlim dəyişikliyi probleminin və onun yaratdığı planetar problemlərin qarşısını almaq üçün digər tərəflərlə səyləri davam etdirəcəyik”

Bunu Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Maina Vakafua Taila APA-ya açıqlamasında bildirib.

O deyib ki, iştirakçı ölkələrin bu istiqamətdəki addımları planetin sağlam gələcəyinin təminatı üçün vacib önəm daşıyır:

“Dövlətimiz və hökumətimiz Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyasından çox şey gözləyir. Tuvalu dövləti olaraq iqlim dəyişikliyi probleminin və onun yaratdığı planetar problemlərin qarşısını almaq üçün digər tərəflərlə səyləri davam etdirəcəyik. Hesab edirik ki, bu tədbir bir çox aktual məsələlərin müzakirəsi baxımından tarixə düşəcək. Hesab edirəm ki, konfransın sonunda tərəflərin yekun razılaşmanı əldə edib-etməyəcəyi barədə fikir söyləmək çox çətindir. Lakin biz inanırıq ki, iştirakçı ölkələr bu məsələdə razılığa gəlmək üçün kifayət qədər səylər göstərə biləcək. Bu, planetimizin gələcəyi üçün olduqca mühüm məsələdir”.