
Venesuela Livanın zərər çəkmiş sakinləri üçün humanitar yardımın ilk partiyasını göndərib.
APA xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto Telegram kanalında yazıb.
“Bu, daha yaxşı gələcək uğrunda mübarizə aparan insanlara dəstək olmaq üçün yaradılan Həmrəylik Körpüsü çərçivəsində göndərilən ilk yükdür”, – nazir vurğulayıb.





























