
İsrailin “Kanal 13” televiziyasında yayımlanan xəbərdə ordunun İrana mümkün hücumu ilə bağlı bəzi iddialar yer alıb.
APA xəbər verir ki, adı açıqlanmayan mənbəyə istinad olunan xəbərdə ABŞ-ın İsraildən İrana mümkün hücumunu yumşaltmasını istədiyi iddia edilib.
Xəbərdə həmçinin bildirilib ki, Vaşinqton Təl-Əvivdən Livanda quru əməliyyatlarını tamamlamasını istəyib.
Bundan başqa “Kanal 12” televiziyası Tel-Əvivin İrana mümkün hücum planının hazır olduğunu və bunun bir neçə günə təşkil ediləcəyini iddia edib.
Adı açıqlanmayan İsrail rəsmilərinə istinadən verilən xəbərdə, Təl-Əvivin mümkün hücumdan sonra İranın dərhal cavab verəcəyini gözlədiyi bildirilib.
Hər iki xəbərlə bağlı İsrail rəsmilərindən heç bir rəsmi açıqlama verilməyib.
























