
TUSAŞ-da terror hücumunun ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyada səfərdə olduğu zaman həyata keçirilməsi təsadüfi deyil.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, terrorçulara kimin dəstək verməsindən asılı olmayaraq, Türkiyə terrorla mübarizəsini sona qədər davam etdirəcək.
























