
ABŞ prezidenti Co Bayden Amerika liderinin seçkilərində nə vaxt səs verəcəyinə hələ qərar verməyib.
APA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer brifinqdə deyib.
“Prezident səs verəcək. Hadisələri qabaqlamaq istəmirəm, hələ bilmirik, məlumat alan kimi sizinlə paylaşacağıq”, – Ağ Ev rəsmisi vurğulayıb.





























