İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində ölən əsgərlərin sayı 4-ə çatıb.
APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“İslam Respublikası Ordusundan Məhəmməd Mehdi Şahruxi, Həmzə Cahandide, Səccad Mənsuri və Mehdi Nəqəvi şənbə günü İsrailin hücumlarında həlak olublar”, – deyə məlumatda bildirilib.
***
12:16
İsrailin cavab hücumunda 2 İran əsgəri ölüb.
APA xəbər verir ki, bu barədə İran Ordusu məlumat yayıb.
Bildirilib ki, ötən gecə İsrailin cavab hücumunda iki İran əsgəri öldürülüb.
Zülfiyyə Orucəliyeva























