
Argentina prezidenti Xavyer Miley xarici işlər naziri Diana Mondinonu vəzifəsindən azad edib.
APA xəbər verir ki, buna səbəb Argentinanın BMT-də Kubaya tətbiq edilən embarqonun ləğvini dəstəkləməsi olub.
BMT Baş Assambleyası çərşənbə günü ABŞ-ı Kubaya qarşı iqtisadi, ticarət və maliyyə sanksiyalarını ləğv etməyə çağıran qətnaməni 32-ci dəfə qəbul edib. Qətnaməni 187 ölkə dəstəkləyib.
Prezidentin sözçüsü bildirib ki, ölkənin ABŞ-dakı səfiri Xerardo Verteyn Argentinanın Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub.





























