Advertisement

İran İsrailə cavab hücumunda daha güclü döyüş başlıqlarından istifadə edə bilər

İran İsrailə qarşı cavab hücumunda əvvəlki hücumlarla müqayisədə daha güclü döyüş başlıqlarından istifadə edə bilər.

APA xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Adları açıqlanmayan iranlı və ərəb rəsmilərinin sözlərinə görə, İran hakimiyyəti cavab tədbirləri zamanı əvvəlki hücumlarda olduğu kimi yalnız raket və PUA-larla məhdudlaşmağı planlaşdırmır.