Advertisement

Əli Əsədov Belarusa rəsmi səfər edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə oktyabrın 2-də Minskə rəsmi səfər edib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.

Minsk Milli Aeroportunda Azərbaycanın Baş nazirini Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko, xarici işlər nazirinin müavini İqor Nazaruk və digər rəsmi şəxslər qarşılayıblar.