
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1953,3 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,7%, kimya sənayesi məhsullarının istehsalı isə 6% artıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından karbamid istehsalı 48,2%, azot istehsalı 13,3%, metanol istehsalı 5,1%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 23,1%, polietilendən kisə və çantalar istehsalı isə 16,5% artıb.
Azərbaycanda hesabat dövründə kimya sənayesində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri
|
2024-cü ilin yanvar- noyabr aylarında istehsal edilib
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
|
01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
|
|
Kimya sənayesi məhsulları
|
|||
|
Təsirsiz qazlar, min kub metr
|
39931,2
|
94,3
|
256,4
|
|
ondan:
|
|
|
|
|
azot, min kub metr
|
22179,2
|
113,3
|
69,0
|
|
Lak-boya məmulatları, ton
|
38259,9
|
106,8
|
333,6
|
|
Qeyri-üzvi kimyəvi maddələr, ton
|
30530,0
|
133,0
|
7590,0
|
|
ondan:
|
|
|
|
|
yod, ton
|
192,9
|
100,2
|
19,5
|
|
Üzvi kimyəvi maddələr, min ton
|
829,8
|
94,0
|
16,5
|
|
ondan:
|
|
|
|
|
etilen, min ton
|
126,1
|
83,2
|
–
|
|
propen (propilen), min ton
|
119,6
|
85,4
|
0,7
|
|
metanol (metil spirti), min ton
|
468,2
|
105,1
|
12,7
|
|
Etil spirti, min dkl
|
74,5
|
155,5
|
18,9
|
|
Gübrə və azot birləşmələri, min ton
|
592,0
|
148,2
|
70,7
|
|
ondan:
|
|
|
|
|
karbamid, min ton
|
592,0
|
148,2
|
70,7
|
|
İlkin formada plastik kütlə, min ton
|
244,7
|
83,9
|
13,3
|
|
ondan:
|
|
|
|
|
polietilen, min ton
|
120,5
|
81,7
|
7,0
|
|
Yapışqan və yapışdırıcı maddələr, min ton
|
121,2
|
107,8
|
7,6
|





























