Advertisement

Cənubi Koreyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 28 nəfər həlak olub

Göyərtəsində 181 nəfərin olduğu Cənubi Koreya təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb

APA xəbər verir ki, Cənubi Koreyada içərisində 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

İlkin məlumata görə Muan hava limanında baş vermiş təyyarə qəzası nəticəsində 28 nəfər həlak olub. Qəza yerində xilasetmə işləri davam etdirilir.