Advertisement

HƏMAS-ın azad etdiyi 5 Tayland vətəndaşı Banqkoka qayıdıb

Fələstinin HƏMAS hərəkatı tərəfindən azad edilən 5 Tayland vətəndaşı bu ölkənin xarici işlər naziri Marit Sanqyamponqun müşayiəti ilə Banqkoka qayıdıb.

APA xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Beş Tailand vətəndaşının hamısı sağ-salamat evlərinə qayıdıb və ailələrinə qovuşdular”, – nazirlik qeyd edib.