Advertisement

Trampın xüsusi nümayəndəsi Almaniya, Belçika və Ukraynaya səfər edəcək

ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 13-dən 22-dək Almaniya, Belçika və Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“Kelloq 13-22 fevral tarixlərində Almaniya, Belçika və Ukraynaya səfər edəcək”, – məlumatda deyilir.