Advertisement

Tramp Aİ qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsinin əleyhinə deyil

ABŞ lideri Donald Tramp münaqişə bitdikdən sonra Avropa qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsinə etiraz etməyəcəyini bildirib.

APA “Associated Press”ə istinadən xəbər verir ki, o, bu barədə Oval kabinetdə keçirdiyi mətbuat konfransında bildirib.

“Bununla bağlı hər hansı problem olacağını düşünmürəm”, – Tramp qeyd edib.