
Ukraynada atəşkəsi genişləndirmək üçün Moskva və Kiyev arasında görüş keçirilməlidir.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Onlar görüşməlidir”, – Ağ Ev rəhbəri qeyd edib.
Siyasətçi artıq müəyyən razılaşmaların əldə olunduğunu vurğulayıb.





























