Advertisement

İsrail əsgərləri Qəzzada döyüşlərə qayıtmaqdan imtina edirlər

İsrail ordusunun bir çox ehtiyatda olan əsgər və zabitləri Qəzza zolağına hücumlarda iştirak etməkdən imtina ediblər.

APA xəbər verir ki, bu haqda İsrail dövlət televiziyası KAN məlumatın yayıb.

Xəbərdə qeyd olunur ki, sözügedən hərbçilər İsrailin Qəzzada atəşkəsi pozaraq hücumlarını yeniləməsinə qarşı mövqelərini əks etdirən məktub dərc etdiriblər.