Advertisement

Tramp Putin və Zelenskinin razılaşmaya hazır olduqlarına inanır

ABŞ prezidenti Donald Tramp həm Rusiya prezidenti Vladimir Putinin, həm də Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna ilə bağlı razılaşmaya hazır olduqlarına inanır.

APA xəbər verir ki, Tramp bunu jurnalistlərə açıqlamasında deyib.

“Zelenski, razılaşmaya hazırdır və mən inanıram ki, prezident Putin də razılığa gəlməyə hazırdır. Avropa, Putinlə rəftarda uğur qazana bilməyib. Amma düşünürəm ki, mən uğurlu olacağam.”, – Tramp bildirib.