Advertisement

Argentina ABŞ-ın rüsumlara yenidən baxacağına ümid edir

Argentina hökuməti artıq ABŞ-la ikitərəfli ticarətə maneələri aradan qaldırmağa çalışır və onun mallarına olan rüsumlara yenidən baxmağa ümid edir.

APA xəbər verir ki, bu barədə Argentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici işlər naziri görülmüş tədbirlərə sonradan yenidən baxmağa imkan verəcək şəraitin yaradılmasının vacibliyini qeyd edib və eyni zamanda, ölkələr arasında ticarət axınının gücləndirilməsinə hazır olduqlarını vurğulayıb”, – nazirliyin məlumatında deyilir.