Advertisement

70-ə yaxın ölkə rüsumları müzakirə etmək üçün ABŞ-la əlaqə saxlayıb

“70-ə yaxın ölkə idxal rüsumlarını müzakirə etmək üçün Vaşinqtonla əlaqə saxlayıb.”

APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

Bessent danışıqların gərgin olacağını və ilin iyun ayına qədər uzana biləcəyini istisna etməyib.

Məlumatda o da bildirilir ki, prezident Donald Tramp artıq onu rüsumlarla bağlı qərara yenidən baxmağa inandırmaq istəyən Avropa və Asiya ölkələrinin liderləri ilə bir sıra danışıqlar aparıb.