Advertisement

Ukraynada müharibə başlayandan Avropa ABŞ-dan 265 milyard dollar dəyərində silah sifariş edib

Ukraynada genişmiqyaslı müharibənin başlanmasından bəri ABŞ-ın silah satışları 600% artıb, Avropa ölkələrinin bu dövrdə verdiyi sifarişlərin ümumi dəyəri isə 265 milyard dollara çatıb.

APA xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, amerikalı general Kristofer Kavoli bildirib.

Onun sözlərinə görə, müttəfiq ölkələr üçün müxtəlif silah sistemlərinin bir-biri ilə uyğunluğunu təmin etməyin ən asan yolu həmin sistemlərin ABŞ-dan alınmasıdır.