Advertisement

Dominikanda gecə klubununм tavanının çökməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb

Dominikan Respublikasında gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Mərkəzinin direktoru Xuan Manuel Mendes El Demócrata Multimedios nəşrinə məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 155 nəfər xəstəxanaya yerləşdirilib.


***

22:53

Dominikan Respublikasında yerləşən “Jet Set” gecə klubunun uçması nəticəsində həyatını itirənlərin sayı 44-ə yüksəlib.

APA xəbər verir ki, bu barədə “Listin Diario” nəşri məlumat yayıb.

Hadisə nəticəsində 146 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd olunur ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.