“Bütün dünyanın Türkiyədə görüşməsi, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) olaraq, bizim də burada özümüzü ifadə etməyimiz mühüm hadisədir”.
APA-nın Antaliyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ŞKTC-nin Baş nazirinin köməkçisi, turizm naziri Fikri Ataoğlu deyib.
O bildirib ki, Azərbaycan ŞKTC üçün çox əhəmiyyətli ölkədir: “Qarşıdakı günlərdə Azərbaycanda siyasi məsləhətləşmələrimiz olacaq. Ondan sonrakı dövrdə Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətinin tanıdılması ilə bağlı tədbir keçiriləcək. Bu tədbir Azərbaycandakı qardaşlarımızla ŞKTC-də olan qardaşlarımız arasında gəliş-gedişin artması yönündədir”.


















