Advertisement

Yeni saziş İranın uranın zənginləşdirilməsi proqramının ləğvi demək olacaq

ABŞ-nin şərtləri ilə yeni nüvə sazişi İranın uranın zənginləşdirilməsi proqramının ləğvi demək olacaq.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

“Trampın istədiyi razılaşma olduğu təqdirdə İranla saziş bağlanacaq. İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifahın əsasını qoymalıdır. Bu, o deməkdir ki, İran nüvə zənginləşdirmə və silah proqramını dayandırmalıdır”, – o “X” hesabıda yazıb.