Advertisement

ABŞ-da təyyarə çaya düşüb, 3 nəfər həlak olub

ABŞ-ın Nebraska ştatında kiçik mühərrikli təyyarənin çaya düşməsi nəticəsində 3 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Həlak olanların şəxsiyyəti hələlik açıqlanmır.

Ölkənin Mülki Aviasiya İdarəsi və Nəqliyyatd Təhlükəsizliyə Nəzarət Şurası faktla bağlı araşdırma aparır.