Advertisement

Meksikada müəllimlər maaşlarının ikiqat artırılmasını tələb edirlər

Təhsil İşçilərinin Milli Koordinasiya Şurasını (CNTE) təmsil edən 10 mindən çox meksikalı müəllim maaşlarının 100% artırılması tələbi ilə ölkənin paytaxtında etiraz aksiyası keçirib.

APA xəbər verir ki, müəllimlər hökumətin 10% indeksləşdirmə təklifi ilə razılaşmadıqlarını bildiriblər.

“Bu artım bizim üçün uyğun deyil – inflyasiya onu sadəcə yeyəcək. Biz maaşın 100 faiz artırılmasında israrımızı davam etdiririk”, – onlar deyiblər.

Qeyd edək ki, hökumət ölkə daxilində bütün təhsil işçilərinin maaşının 9 faiz artırılacağını və bu ilin sentyabrında əlavə 1 faiz artımın olacağını elan etmişdi.