
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem ilə Qəzza sektorundakı müharibənin gedişatı barədə müzakirə aparıb.
APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Təl-Əvivdə keçirilən görüşdə Noem İsrail Dövlətini qətiyyətli şəkildə dəstəklədiyini bildirib.
O, Misir sərhədində divarın tikintisi siyasətini və Baş nazirin müharibənin aparılmasına dair fəaliyyətini yüksək qiymətləndirib.
























