Advertisement

MİT Əfqanıstan-Pakistan sərhədində İŞİD üzvünü ələ keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) və Pakistan kəşfiyyat təşkilatı İSİ ilə birgə keçirdiyi əməliyyatda axtarılan İŞİD liderlərindən biri olan Özgür Altun Pakistan-Əfqanıstan sərhədində ələ keçirilib.

APA xəbər verir ki, MİT, Avropa və Orta Asiyadan gələcək İŞİD üzvlərinin Əfqanıstan-Pakistan bölgəsinə türk əsilli şəxs vasitəsilə keçəcəyini, həmin şəxsin eyni zamanda təşkilatın media və logistikadan cavabdeh İŞİD üzvü olduğunu müəyyən edib.

Araşdırmalar nəticəsində həmin şəxsin Əbu Yasir Əl-Türki ləqəbli Özgür Altun olduğu müəyyən edilib.

Daha sonra MİT və İSİ tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İŞİD üzvü Altun Pakistan-Əfqanıstan sərhədində tutularaq Türkiyəyə deportasiya edilib.